Fevralın 14-də yerli vaxtla saat 18:13-də Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Dmanisi rayonunun Sameba kəndi yaxınlığında növbəti – dördüncü dəfə zəlzələ qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstan Yer Elmləri İnstitutunun Milli Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Tbilisidən 60 kilometr uzaqlıqda yerləşib, zəlzələ 3,9 bal gücündə olub.
Qeyd edək ki, fevralın 13-də saat 22:25-də Sameba kəndi yaxınlığında baş verən ilk yeraltı təkanların gücü 6,2 bal olub. Sonradan ölkə ərazisində afterşoklar qeydə alınıb. Birinci təkrarlanma 00:14-də 3,1, ikincisi isə 03:45-də 3,5 bal gücündə olub.