Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğlu Sərdar Berdıməhəmmədov ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürüb.
YeniAvropa xəbər verir ki, bu barədə Türkmənistan KİV-ləri məlumat yayıb.
Xatırladaq ki, martın 12-də Türkmənistanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu Mərkəzi Asiya ölkəsində prezident 7 il müddətinə seçilir. Sonuncu prezident seçkisi Türkmənistanda 2017-ci il 12 fevral trixində keçirilib və Qurbanqulu Berdıməhəmmədov seçicilərin 97,69 % səsini toplayaraq 3-cü dəfə ölkə prezidenti seçilib. Onun prezident səlahiyyətlərinin başa çatmasına hələ iki il qalırdı.