logo

Frank-Valter Ştaynmayer yenidən Almaniya prezidenti seçildi

18:13 13-02-2022 | icon 2548
Frank-Valter Ştaynmayer yenidən Almaniya prezidenti seçildi

Almaniya Federal Məclisi bu gün sosial demokrat Frank-Valter Ştaynmayeri ikinci beşillik müddətə yenidən ölkə prezidenti seçib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Məclisin iclasına Bundestaqın spikeri Berbel Baş sədrlik edib. İclas yerli telekanallar tərəfindən canlı yayımlanıb.

İclasda 1 472 nəfər iştirak edib. Ştaynmayer 1045 səs toplayıb.

Ölkənin bütün aparıcı partiyaları onun namizədliyini dəstəkləyib.

Qeyd edək ki, Federal Məclis Almaniya Federativ Respublikasının prezidenti seçmək üçün çağırılan xüsusi konstitusiya orqanıdır. O, Bundestaqın deputatlarından və regional parlamentlər tərəfindən təyin olunan Almaniyanın regionlarının nümayəndələrindən ibarətdir.