Qazaxıstanın köhnə paytaxtı Almatı şəhərindəki "Respublika" meydanında icazəsiz aksiya keçirilib.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiyanın “İnterfaks” agentliyi məlumat yayıb.
Aksiya iştirakçılarından bəzilərinin üzərində yanvar hadisələri zamanı həlak olanların plakatları və fotoşəkilləri var, plakatlarda onların adları da yazılıb.
Polis meydanın yaxınlığında avtomobillərin hərəkətini məhdudlaşdırmayıb, həmçinin kordon yoxdur, yaxınlıqda təcili yardım briqadası və iki polis patrul maşını xidmət göstərir, lakin şahidlər meydanda mobil internetin kəsildiyini bildirirlər.
İştirakçılar hakimiyyəti yanvar hadisələri zamanı həbs edilən vətəndaşları azad etməyə çağırırlar. Dövlət qeydiyyatından keçməmiş Qazaxıstan Demokrat Partiyasının lideri, fəal Janbolat Mamay da etirazçılara qoşulub.
Xatırladaq ki, Qazaxıstanda yanvar etirazları zamanı 3 mindən artıq şəxsə cinayət işi açılıb.