logo

Artıq 35 ölkə vətəndaşlarına tezliklə Ukraynanı tərk etməyi tövsiyə edib

09:55 13-02-2022 | icon 3395
Artıq 35 ölkə vətəndaşlarına tezliklə Ukraynanı tərk etməyi tövsiyə edib

Son 24 saat ərzində öz vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edən ölkələrin sayı kəskin artıb.

 YeniAvropa xəbər verir ki, son məlumatlara görə, 35 ölkə tərəfindən vətəndaşlarına belə tövsiyə verilib. Məlumat “Pul №3” Telegram kanalı tərəfindən yayılıb.

Daha əvvəl bildirilirdi ki, 20-yə yaxın ölkə Rusiya ilə gözlənilən hərbi münaqişə təhlükəsi səbəbindən öz vətəndaşlarına Ukrayna ərazisini tərk etməyi tövsiyə edib. Bunlara Avstraliya, Böyük Britaniya, Latviya, İsrail, Kanada, Yunanıstan, Yeni Zelandiya, Hollandiya, Norveç, ABŞ, həmçinin Finlandiya, Monteneqro, Estoniya, Cənubi Koreya, Yaponiya, Belçika, Almaniya və Litva daxildir. Siyahıya bir gecədə Küveyt, İraq, İtaliya, İspaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, İsveç, Sloveniya, İordaniya, Fələstin, Mərakeş, Lüksemburq, Baham adaları, həmçinin Şimali Makedoniya, Albaniya, Bolqarıstan, Bəhreyn və Kipr qoşulub.