logo

Türkiyə Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırdır

22:22 12-02-2022 | icon 2520
Türkiyə Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırdır

"Türkiyə Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenski arasında görüş təşkil etməyə hazırdır".

YeniAvropa xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "CNN Türk" telekanalının efirində deyib.

"Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri zamanı keçirdiyi mətbuat konfransında dediyi kimi, hər iki tərəf razılaşarsa, biz məmnuniyyətlə vasitəçiliyə hazırıq. Rusiya da bunu müsbət qarşılamalıdır", - deyə M.Çavuşoğlu vurğulayıb.