logo

Qurbanqulu Berdiməhəmmədov Türkmənistanda növbədənkənar prezident seçki elan etdi

12:12 12-02-2022 | icon 2555
Qurbanqulu Berdiməhəmmədov Türkmənistanda növbədənkənar prezident seçki elan etdi

2022-ci il martın 12-də Türkmənistanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

YeniAvropa Türkmənistan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Bezirgen Qarayev məlumat verib.

“Dövlət başçısının tapşırığına uyğun olaraq, Mərkəzi Seçki Komissiyası martın 12-də keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlığa başlayıb”, - deyə o, bildirib.

Bu ərəfədə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov parlamentin yuxarı palatasının növbədənkənar iclasında çıxış edərkən deyib ki, gənc rəhbərlərin dövlət idarəçiliyinə yollarını açmaq lazımdır.

Türkmənistan mətbuatının məlumatına görə, bununla əlaqədar Mərkəzi Komissiyasının sədrinə Konstitusiyaya və qanunvericiliyə uyğun olaraq müvafiq işə başlamaq barədə tapşırıq verilib.

Qeyd edək ki, Türkmənistanda anadan olan, qırx yaşdan yuxarı, dövlət dilini bilən, son on beş il ərzində ölkədə daimi yaşayan və işləyən, istənilən vətəndaş prezident seçilə bilər. Dövlət başçısı birbaşa xalq tərəfindən yeddi il müddətinə seçilir və and içdiyi andan səlahiyyətlərinin icrasına başlayır.

Ölkədə sonuncu prezident seçkiləri 2017-ci ildə keçirilib və qanunvericiliyə əsasən, növbəti seçkilər 2024-cü ildə keçirilməli idi.