Moskvanın Mərkəzi klinik xəstəxanasına COVID-19 diaqnozu ilə yerləşdirilən LDPR lideri Vladimir Jirinovskinin vəziyyəti daha da pisləşib.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiyanın "URA.ru" Telegram kanalı öz mənbələrinə istinadla xəbər paylaşıb.
Bildirilir ki, siyasətçi artıq öz yaxın qohumlarını belə tanımır. Vəziyyəti ağırdır və həkimlər yaxşılığa doğru heç bir proqnoz vermirlər.
Qeyd edək ki, fevralın 9-da Jirinovski koronavirus fonunda inkişaf etməyə başlayan ikitərəfli pnevmoniya ilə xəstəxanaya yerləşdirilib. Ağciyərlərin zədələnmə səviyyəsi bir tərəfdən 30 faiz, digər tərəfdən isə 50 faiz idi. Siyasətçini süni nəfəs aparatına qoşublar, lakin vəziyyət proqressivləşən şəkərli diabet səbəbindən ağırlaşmağa davam edir.