logo

Ərdoğanın PCR testlərinin nəticəsi neqativ çıxıb

20:20 10-02-2022 | icon 2653
Ərdoğanın PCR testlərinin nəticəsi neqativ çıxıb

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son iki gün ərzində etdiyi PCR testləri neqativ çıxıb. Düşünürəm ki, ölkə başçısı çox yaxında, hətta sabah da öz adi proqramına qayıda bilər".

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu fikirləri türkiyəli professor Serkan Topaloğlu bildirib.

Qeyd edək ki, fevralın 5-də Türkiyə prezidenti özünün rəsmi "Twitter" hesabında etdiyi paylaşımda koronavirus testinin müsbət nəticə verdiyini açıqlamışdı.