Qars vilayətinin rəhbərliyi Türkiyənin ticarət naziri ilə Ermənistanla sərhəddə keçid məntəqəsinin açılması məsələsini müzakirə edib.
YeniAvropa xəbər verir ki, bu barədə "KarsGazete" xəbər verib.
Qeyd edilib ki, Qars vilayətinin rəhbərliyindən ibarət nümayəndə heyəti Ankarada Türkiyənin ticarət naziri Mehmet Muşla görüşüb.
Görüş zamanı Ermənistanla sərhəd-keçid məntəqəsinin açılması məsələsi müzakirə olunub.