logo

Jirinovski ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

15:15 09-02-2022 | icon 2499
Jirinovski ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Rusiya Liberal-Demokrat Partiyasının sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski Moskvada Mərkəzi klinik xəstəxanaya yerləşdirilib.

YeniAvropa  "TASS" agentliyinə istinadla xəbər verir ki, 75 yaşlı siyasətçinin vəziyyəti ağır qiymətləndirilir.

Bu barədə agentliyə siyasi dairələrdəki mənbə bildirib. “Vladimir Volfoviç xəstəxanaya yerləşdirilib, o, artıq iki gündür Moskvadakı Mərkəzi klinik xəstəxanada ağır vəziyyətdədir, - deyə mənbə məlumat verib.

Bundan əvvəl "Telegram" kanallarda belə bir xəbər yayılmışdı ki, Jirinovski guya Mərkəzi klinik xəstəxanaya gətirilib və həkimlərin nəzarəti altındadır.