Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 400 milyon nəfəri ötüb.
YeniAvropa pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, son sutka ərzində dünyada koronavirusa 2 milyon 614 min 767 yoluxma halı aşkarlanıb. Beləliklə, yoluxanların ümumi sayı 400 milyon 955 min nəfəri keçib. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 5 milyon 782 min 254 nəfərə çatıb.
ABŞ pandemiyanın başlanğıcından bəri həm COVID-19 infeksiyasına yoluxanların, həm də virusdan ölənlərin sayına görə dünyada liderliyinə davam edir. Fevralın 8-nə olan məlumata əsasən, Birləşmiş Ştatlarda indiyədək koronavirusa 78 milyon 556 mindən çox insan yoluxub, onlardan 932 min 443 nəfəri həyatını itirib.
Yoluxanların sayına görə ikinci yerdə gedən Hindistanda 42 milyon 411 minə yaxın insanda COVID-19 xəstəliyi təsdiqlənib, 505 min 308 nəfər vəfat edib.
Yoluxma göstəricisi üzrə üçüncü pillədə Braziliya qərarlaşıb. Bu Cənubi Amerika ölkəsində pandemiya dövrü ərzində ümumilikdə 26 milyon 776 min 620 nəfər koronavirusa yoluxub, onlardan 633 min 894 nəfəri virusun qurbanı olub.