logo

NATO-nun baş katibi Ərdoğana təşəkkür etdi- Ukraynaya görə

18:58 07-02-2022 | icon 2597
NATO-nun baş katibi Ərdoğana təşəkkür etdi- Ukraynaya görə

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya-Ukrayna böhranının siyasi yolla həlli istiqamətində göstərdiyi dəstəyə və şəxsi təşəbbüslərinə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.

YeniAvropa  "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, Yens Stoltenberq sosial media hesabı vasitəsilə bununla bağlı açıqlama yayıb.

Açıqlamada prezident Ərdoğan ilə aralarında telefon danışığı olduğunu bildirən baş katib Rusiya-Ukrayna sərhədində baş verən gərginliyi müzakirə etdiklərini deyib.

Y. Stoltenberq siyasi həll yolu tapmaqda göstərdiyi fəal dəstəyə və şəxsi iştirakına görə Türkiyə prezidentinə təşəkkür etdiyini vurğulayıb.

Yens Stoltenberq məsələnin həlli üçün NATO-nun dialoqa hazır olduğunu bildirib.

0-0-0