logo

Ankarada yük qatarı ilə minik avtomobili toqquşdu, 1 nəfər öldü

15:55 07-02-2022 | icon 2646
Ankarada yük qatarı ilə minik avtomobili toqquşdu, 1 nəfər öldü

Ankarada yük qatarı ilə minik avtomobilinin toqquşması nəticəsində baş verən qəza insan tələfatına səbəb olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, hadisə Türkiyə paytaxtının Poladlı rayonu ərazisində qeydə alınıb. Hərəkətdə olan qatar dəmir yolunu keçmək istəyən maşınla toqquşub. 

Nəticədə 300 metrə yaxın sürüklənən minik avtomobilindəki üç sərnişindən biri həlak olub, digərləri xəsarət alıblar.