logo

Makron Moskvada Putinlə görüşdən sonra Zelenskinin yanına gedəcək

15:30 07-02-2022 | icon 2625
Makron Moskvada Putinlə görüşdən sonra Zelenskinin yanına gedəcək

Fransa prezidenti Emmanuel Makron Ukrayna ətrafında yaranmış gərginliklə bağlı Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya yola düşüb.

 YeniAvropa "Reuters" agentliyinə istinadla xəbər verir ki, Fransa prezidenti rusiyalı həmkarı ilə danışıqlardan sonra ertəsi gün Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə gedəcək.

Emmanuel Makrona yaxın mənbənin sözlərinə görə, səfərin əsas məqsədi aprel ayında Fransada keçiriləcək seçkilər ərəfəsində vəziyyəti bir neçə aylığına dondurmaq cəhdinə hesablanıb. “Bu, prezident üçün Avropada öz liderliyini göstərmək imkanıdır”, - Fransa hökumətindəki mənbə jurnalistlərə belə deyib.

Qeyd edək ki, bir müddət öncə Fransa lideri ABŞ prezidenti Cozef Baydenlə, yanvar ayının sonunda isə Almaniya kansleri Olaf Şoltsla telefonda danışıb. Emmanuel Makron, həmçinin cümə günü Böyük Britaniyanın baş naziri Boris Consonla telefon danışığı zamanı Ukraynadakı vəziyyəti və Rusiyaya qarşı mümkün sanksiyaları müzakirə edib.