logo

Kraliça II Elizabet Britaniyanın yeni kraliçasının adını açıqlayıb

13:48 06-02-2022 | icon 2345
Kraliça II Elizabet Britaniyanın yeni kraliçasının adını açıqlayıb

Böyük Britaniya Kraliçası II Elizabet taxta çıxmasının 70-ci ildönümündə konsort kraliçanın adını açıqlayıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu il hakimiyyətinin platin yubileyini qeyd edən 95 yaşlı Kraliça yazılı mətnlə ölümündən sonra böyük oğlu Şahzadə Çarlzın taxta çıxmasını istədiyini, gəlini Kornuoll hersoqinyası Kamillanın isə konsort kraliça olmasını istədiyini açıq şəkildə bildirib.

“Vaxtım tamam olub, aranızdan ayrıldığım zaman oğlum Çarlz Kral olacaq. İstəyirəm ki, ona və Kamillaya mənə verdiyiniz dəstəyi göstərəsiniz. Çarlz Kral olanda həyat yoldaşı Kamillanı da konsort kraliça olaraq qəbul edəsiniz”.

Qeyd edək ki, 1952-ci il fevralın 6-da Kral VI Corcun ölümündən sonra 25 yaşlı II Elizabet Kraliça elan olunub.