Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan COVID-19-a yoluxub.
YeniAvropaxəbər verir ki, bu barədə Türkiyə prezidenti özünün rəsmi "Twitter" hesabında məlumat paylaşıb.
Paylaşımda yüngül simptomlardan sonra xanımı Əminə Ərdoğan ilə birlikdə verdikləri COVID-19 testinin müsbət çıxdığını deyən prezident Ərdoğan virusun "omikron" variantına yoluxduqlarını, xəstəliyi yüngül keçirdiklərini bildirib.
Vəzifəsinin başında olduğunu ifadə edən Türkiyə prezidenti işlərini evdən davam etdirdiyini açıqlayıb.