logo

Nikol Paşinyan gələn ay Türkiyəyə səfər edəcək

23:15 04-02-2022 | icon 2576
Nikol Paşinyan gələn ay Türkiyəyə səfər edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan mart ayında Türkiyəyə səfər edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay “A Haber” telekanalına müsahibəsində məlumat verib.

Onun sözlərinə görə səfərdə məqsəd Antalya Diplomatiya Forumunda iştirak etməkdir.

Fuat Oktay , həmçinin, Türkiyə-Ermənistan münasibətlərinə də toxunub.

“Qarabağda işğala son qoyulması regionda sülhün açarı oldu",-deyə Türkiyənin vitse-prezidenti vurğulayıb.