logo

Hindistanda COVİD-19-dan ölənlərin sayı yarım milyon nəfəri ötüb

12:22 04-02-2022 | icon 2226
Hindistanda COVİD-19-dan ölənlərin sayı yarım milyon nəfəri ötüb

Hindistanda COVID-19 infeksiyası səbəbindən həyatını itirənlərin sayı 500 min nəfəri ötüb.

YeniAvropa  pandemiyanın statistikasını aparan "worldometer" saytına istinadla xəbər verir ki, fevralın 3-də Hindistanda koronavirusa 149 min 394 yoluxma və 1100 ölüm faktı qeydə alınıb. Bununla da ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 41 milyon 952 min nəfəri keçib, 500 min 87 nəfər isə vəfat edib.

Xatırladaq ki, ilk dəfə 2019-cu il dekabrın 31-də Çinin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində qeydə alınan COVID-19 infeksiyası qısa müddət ərzində bütün dünyaya yayılıb. 2020-ci il mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.