logo

Türkiyə ilə Ukrayna arasında azad ticarət zonası sazişi imzalanıb

21:51 03-02-2022 | icon 2632
Türkiyə ilə Ukrayna arasında azad ticarət zonası sazişi imzalanıb

Ukrayna ilə Türkiyə arasında azad ticarət zonası haqqında saziş imzalanıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, sözügedən sənədi Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski imzalayıblar.

Sənəddə qeyd olunur ki, saziş iki ölkə arasında ticarətin intensivləşməsinə, ixracın artmasına, yeni iş yerlərinin yaradılmasına, texnologiyanın transferinə və təcrübə mübadiləsinə töhfə verəcək.

Tərəflər əvvəllər azad ticarət zonasının yaradılması üzrə danışıqları 2016-cı ilin sonuna, 2017-ci ildə isə 2019-cu ilin sonuna qədər başa çatdırmaq barədə razılığa gəliblər.

Lakin tarif məsələlərində uyğunsuzluqlar səbəbindən tarixlər gecikdirilib.