logo

Ukrayna Türkiyə ilə birgə PUA istehsal edəcək

20:11 03-02-2022 | icon 2590
Ukrayna Türkiyə ilə birgə PUA istehsal edəcək

"Bu gün imzaladığımız müqavilə Bayraktar PUA-larının istehsalını təkmilləşdirəcək".

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında Ukrayna prezidenti Volodimir Zelenski deyib.

"Eyni zamanda, biz enerji sektorunda qarşılıqlı əlaqələrimizə yeni təkan vermək istəyirik. Koronavirusla əlaqədar görülən tədbirlərə baxmayaraq, 1 ildə Ukraynaya 2 milyon türk turist gəlib", - deyə V.Zelenski sözlərinə əlavə edib.

"Düz 30 il əvvəl Türkiyə ilə Ukrayna arasında diplomatik əməkdaşlıq qurulub. Bu, tarixi hadisədir. İki ölkə arasında azad ticarət sazişi imzalanıb. İş dünyası üçün yeni qazanc və gəlirlər ölkələrimizin rifah səviyyəsinin yüksəlməsi deməkdir", - deyə Ukrayna lideri vurğulayıb.

Zelenski Ərdoğana Ukrayna ilə Rusiya arasında vasitəçi olduğu üçün təşəkkür edib.