Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlıqlar aparılır.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Türkiyənin “A Haber” telekanalına istinadla məlumat yayıb.
Xəbərdə bildirilib li, Rusiya liderinin Türkiyəyə səfəri fevralın ikinci yarısında baş tutacaq.
"Rusiya prezidentinin Türkiyəyə səfəri Çin Olimpiadasının açılışında iştirakdan sonraya planlaşdırılır. Səfərin dəqiq tarixi də Olimpiadadan sonra məlum olacaq",-deyə xəbərdə qeyd edilib.