logo

ABŞ İrana qarşı sanksiyaların bir hissəsini ləğv edəcək

20:58 02-02-2022 | icon 2268
ABŞ İrana qarşı sanksiyaların bir hissəsini ləğv edəcək

ABŞ İrana qarşı sanksiyaların yalnız bir hissəsini ləğv etməyə razılaşıb, lakin hazırkı şərtlər nüvə sazişi üzrə razılaşmaya ümid etməyə əsas verir.

YeniAvropa xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəsmi nümayəndəsi Məmud Abbaszadə Meşkini deyib.

"Danışıqlar prosesində müsbət məqamlar var, lakin razılaşdırılmalı olan mühüm məsələlər var. Təbii ki, İranın bütün sanksiyaları ləğv etmək hüququ var, lakin hazırda qarşı tərəf onların yalnız qismən götürülməsinə razılaşıb", - Meşkini qeyd edib.

Qeyd edək ki, yanvarın 3-də Vyanada İranın nüvə proqramı ilə bağlı danışıqların səkkizinci raundu bərpa olunub.