logo

Alen Simonyan bir aylıq Ermənistan prezidenti olacaq

14:34 01-02-2022 | icon 2275
Alen Simonyan bir aylıq Ermənistan prezidenti olacaq

Ermənistanın sabiq prezidenti Armen Sarkisyanın səlahiyyətlərini müvəqqəti olaraq parlamentin sədri Alen Simonyan icra edəcək.

YeniAvropa erməni mətbuatına istinadla xəbər verir  ki, vitse-spiker Akop Arşakyan isə hələlik spikerin vəzifələrini yerinə yetirəcək.

Qeyd edək ki, Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini bəyan edib. Bir həftə ərzində o, istefa ərizəsini geri götürməyib.

Fevralın 1-də Ermənistan parlamentinin sədri Alen Simonyan prezident Armen Sarkisyanın səlahiyyətlərinin dayandırılması ilə bağlı protokolu imzalayıb.

Yeni prezident qanunverici orqanda seçiləcək. Bunun üçün deputatların minimum 25, maksimum 35 gün vaxtı var.