logo

Baş nazir İrakli Qaribaşvili bu dəfə “omikron”a yoluxdu

21:51 31-01-2022 | icon 2296
Baş nazir İrakli Qaribaşvili bu dəfə “omikron”a yoluxdu

Gürcüstanın baş naziri İrakli Qaribaşvili koronavirusun “omikron” ştamına yoluxub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə hökumət başçısının Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, İ.Qaribaşvili özünü yaxşı hiss edir və işini distant qaydada davam etdirir.

Xatırladaq ki, İ.Qaribaşvili ötən ilin aprelində COVID-19-a yoluxub. O, virus əleyhinə tam peyvənd olunub.