logo

Şir onu yemləmək üçün qəfəsə girən zoopark əməkdaşını parçaladı

18:30 31-01-2022 | icon 2471
Şir onu yemləmək üçün qəfəsə girən zoopark əməkdaşını parçaladı

İranın Ərak şəhərinin zooparkında faciəli hadisə baş verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki,  zooparkın əməkdaşı şiri yemləmək üçün qəfəsə daxil olarkən qəflətən onun hücumuna məruz qalıb.

Şir zooparkın 38 yaşlı əməkdaşını parçalayıb və zooparkdan qaçıb.

Zooparkın əməkdaşı həlak olub.

Həyata keçirilən tədbirlər nəticəsində zooparkın işçiləri şiri qəfəsə qaytarıblar.