Ermənistanda hakim Vətəndaş Müqaviləsi Partiyası ölkə prezidentliyinə namizədlə bağlı öz qərarında dəyişiklik edib.
YeniAvropa xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Bildirilib ki, ölkə prezidentliyinə yüksək texnologiya sənayesi naziri Vaahn Xaçaturyanın namizədliyi irəli sürülüb.
“Armlur.am” saytının xəbərinə görə, bir müddət əvvəl ölkə prezidenti postuna Ermənistan hökuməti administrasiyasının rəhbəri Araik Arutunyanın namizədliyi təklif olunmuşdu.
Lakin onun namizədliyi Ermənistan cəmiyyətində ciddi narazılıq doğurmuşdu.