İsrail prezidenti İshak Hersoq Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ilk rəsmi səfərə yola düşüb.
YeniAvropa "TASS" adentliyinə istinadla xəbər verir ki, bu barədə dövlət başçısının ofisi məlumat yayıb.
"Prezident Hersoq tarixdə ilk dəfə BƏƏ-nin rəhbəri və Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə bu səhər Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. Prezident Əbu-Dabi və Dubaya gedəcək və Əbu-Dabinin vəliəhdi, BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan, BƏƏ-nin vitse-prezidenti, baş naziri və Dubay əmiri Məhəmməd bin Rəşid Əl Məktum ilə rəsmi görüşlər keçirəcək”, -deyə məlumatda bildirilib.
"Mən özümlə bütün regiona sülh mesajı gətirirəm. Sülh özü ilə region xalqlarının rifahı naminə firavanlıq, tərəqqi gətirir", - deyə ofisin yaydığı məlumatda İshak Hersoqdan sitat gətirilib.