Qazaxıstanda baş verən iğtişaşlar peşəkarlar tərəfindən planlaşdırılıb, hakimiyyət dinc nümayişçilərə qarşı güc tətbiq etməyib.
YeniAvropa xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yerli televiziya kanalına müsahibəsində bildirib.
Dövlət başçısı iğtişaşlar dövründə Qazaxıstan hakimiyyətinin informasiya baxımından məğlub olduğunu qeyd edib.
Qazaxıstan konstitusiyasında heç bir dəyişiklik olunmayacağını və iki dəfə prezident seçilmək hüququndan istifadə edəcəyini deyib.
Xatırladaq ki, 2022-ci ilin ilk günlərində Qazaxıstanda maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı aksiyalar başlayıb. Sonradan dinc nümayişlər kütləvi iğtişaşlara çevrilib. Ölkənin Baş prokurorluğunun məlumatına görə iğtişaşlar nəticəsində 4578 nəfər zərər çəkib, 225 nəfər, o cümlədən güc strukturlarının 19 əməkdaşı həlak olub.