logo

Bəkir Bozdağ 3-cü dəfə  Türkiyənin ədliyyə naziri təyin edilib

13:58 29-01-2022 | icon 2366
Bəkir Bozdağ 3-cü dəfə  Türkiyənin ədliyyə naziri təyin edilib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Abdulhamit Gül ədliyyə naziri vəzifəsindən azad edilib. Onun yerinə Bəkir Bozdağ təyin edilib.

YeniAvropa xəbər verir ki, tanınmış hüquqşünas Bəkir Bozdağ Ədalət və İnkişaf Partiyasının iqtidarda olduğu dövrdə müxtəlif vəzifələrdə çalışıb.

56 yaşlı Bəkir Bozdağ 2013-cü ilin dekabrından 2015-ci ilin martınadək və 2015-ci ilin noyabrından 2017-ci ilin iyuluna qədər olan müddətdə eyni vəzifəni icra edib.

O,həmçinin,  2011-2013-cü və 2017-2018-ci illərdə Türkiyənin baş nazirinin müavini vəzifəsində də çalışıb.