logo

BƏƏ Yəmən böhranının aradan qaldırılmasına 6,25 milyard ABŞ dolları yardım edib

16:46 28-01-2022 | icon 2387
BƏƏ Yəmən böhranının aradan qaldırılmasına 6,25 milyard ABŞ dolları yardım edib

Birləşmiş Ərəb Əmirlikləri(BƏƏ) 2015-2021-ci illər ərzində  Yəmən böhranının aradan qaldırılmasına 22,97 milyard AED (6.25 milyard ABŞ dolları) həcmində yardım edib.

 YeniAvropa xəbər verir ki, bu barədə BƏƏ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, COVİD-19-la mübarizə çərçivəsində BƏƏ təkcə 2021-ci ildə Yəmənə göyərtəsində 122,1 ton tibbi ləvazimat, o cümlədən 65 süni nəfəs aparatı və ön cəbhədəki 122,000 tibbi şçisi üçün 100,000  PCR testi daşıyan 6 təyyarə göndərib.

Bundan əlavə, BƏƏ  Yəmənə 60,000 dozada "COVID-19"  virusuna qarşı peyvəndlə təmin edib.

Məlumatda daha sonra bildirilir ki, 2021-ci ildə BƏƏ BMT vasitəsilə Yəmənin bəzi bölgələrində müşahidə olunan ərzaq təhlükəsizliyi risklərinə cavab olaraq, 1 milyon uşaq daxil olmaqla, 6 milyon yəmənlinin ərzaq ehtiyacını ödəyəcək, Yəmənin tibb, qida və ərzaq təhlükəsizliyi ehtiyaclarını qarşılayan beynəlxalq proqramlara dəstək üçün 230 milyon ABŞ dolları təmin etmişdir.

 

0-1-3