logo

Son 29 ildə Antalyaya ilk dəfə qar yağıb

11:55 25-01-2022 | icon 2212
Son 29 ildə Antalyaya ilk dəfə qar yağıb

Türkiyənin cənubunda yerləşən Antalyanın mərkəzinə son 29 ildə ilk dəfə qar yağıb.

YeniAvropa “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, Antalyada sonuncu dəfə 1993-cü ildə yağan qarın qalınlığı 5 santimetr olmuşdu.

Yanvarın 21-dən başlayaraq Türkiyənin əsasən şimal-qərbində çovğun hökm sürür. Əlverişsiz hava şəraiti ən çox İstanbula zərər vurub. Bu gün yerli vaxtla saat 13:00-dək sakinlərin şəxsi avtomobillərdən istifadə etməsinə qadağa qoyulub. Həmin vaxtadək yerli aeroportlarda bütün reyslər dayandırılıb. Ankara-İstanbul avtomagistralı nəqliyyatın hərəkəti bir necə saatlığa dayandırılıb.

Mərmərə dənizinin bəzi rayonlarında qalın qalınlığı 50-60 santimetrə çatıb. Həmçinin ölkənin cənub vilayətlərinə də yağıntı düşüb.