logo

Nazarbayevin qudası da işdən çıxarıldı

09:59 25-01-2022 | icon 2233
Nazarbayevin qudası da işdən çıxarıldı

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının(MSK) sədri Berik İmaşev vəzifəsindən azad edilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə dövlət başçısı Kasım-Jomart Tokayev müvafiq sərəncam imzalayıb.

Digər sərəncamla Nurlan Abdirov MSK sədri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Berik İmaşev Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevlə qudadırlar. Belə ki, B.İmaşevin qızı Nursultan Nazarbayevin nəvəsi Nurəli Əliyevin həyat yoldaşıdır.

Nurəli Əliyev Nazarbayevin böyük qızı Dariqa Nazarbayevin böyük oğludur. Onun atası Raxat Əliyev müxtəlif vaxtlarda  mühüm vəzifələrdə, o cümlədən  Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini,Qazaxıstanın Avstriyadakı səfiri, ölkənin ən iri bankı-"Nurbank"ın əsas səhmdarı olub. Bank vəsaitlərini ofşorlara daşıdığı üçün ölkədən qaçaraq Avstriyada siyasi sığınacaq alıb. Qazaxıstanın tələbi əsasında həmin ölkədə həbs edilib. Elə həbsxanada intihar edərək həyatına son qoyub.