logo

Burkina Fasonun prezidenti istefa verdi

22:58 24-01-2022 | icon 2016
Burkina Fasonun prezidenti istefa verdi

Burkina Faso prezidenti Roş Mark Kabore  bu qərbi Afrika ölkəsində hərbi qiyamla bağlı xəbərlər fonunda istefa verib.

YeniAvropa xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl "LSI" portalı prezident Roş Mark Kaborenin ailəsinin Burkina Fasonu tərk etdiyini bildirmişdi. Hərbi qiyamçılar prezidentin istefasını tələb ediblər. Liderin özünün jandarm qüvvələrinin himayəsində qaldığı iddia olunur. Şahidlərin mətbuata verdiyi məlumata görə, bazar günü axşam Ppezident iqamətgahı yaxınlığında atışma səsləri eşidilib, səmada helikopterlər görünüb.

Qeyd olunur ki, Kabore bazar günündən bəri ictimaiyyət qarşısına çıxmayıb. Onun istefası barədə təhlükəsizlik və siyasi mənbələr “Reuters” agentliyinə məlumat veriblər.

KİV-in məlumatına görə, Burkina Fasoda hərbi qiyamçılar 2015-ci ildə dövlət çevrilişinə cəhddə günahlandırılan general Gilbert Diendere həbsxanadan azad edilib.