logo

İstanbul hava limanında bütün uçuşlar dayandırılıb

15:35 24-01-2022 | icon 2058
İstanbul hava limanında bütün uçuşlar dayandırılıb

Yağan güclü qar səbəbindən İstanbul hava limanının uçuş-enmə zolağında aparılacaq təmizlik işləri ilə əlaqədar bütün uçuşlar saat 18:00-a qədər dayandırılıb.

YeniAvropa xəbər verir ki, artıq bir neçə gündür meqapolisə yağan güclü qar bir çox fəsadlarla müşahidə olunur. Yolların buzlaşması sərnişindaşımada çətinliklər yaradıb. Fasilələrlə yağan güclü qar səbəbindən Bosfor boğazında gəmi keçidlərində məhdudiyyət meydana gəlib.

Yanvarın 23-dən etibarən İstanbulun Sabiha Gökçən və İstanbul aeroportlarında reyslərdə gecikmələr baş verir.