logo

İran BMT-də səs hüququnu qaytardı:üzvlük haqqı borcunu ödədi

13:13 23-01-2022 | icon 2226
İran BMT-də səs hüququnu qaytardı:üzvlük haqqı borcunu ödədi

İran Cənubi Koreya banklarında dondurulmuş aktivləri hesabına BMT-yə olan üzvlük haqqı borcunu ödəyərək təşkilatda səs hüququnu özünə qaytarıb.

YeniAvropa xəbər verir ki, bu barədə "ISNA" agentliyi İranın BMT yanında daimi nümayəndəsinə istinadla məlumat yayıb. BMT-də səs hüququ İrana bazar ertəsi günü qaytarılmalıdır.

Həmçinin "Bloomberg" agentliyinin məlumatına görə, Koreya Respublikası ABŞ-ın müraciəti əsasında bloklanmış aktivlərdən İranın 18 milyon dollar borcunu ödəyib. Ödəniş cümə günü Amerika tərəfinin vasitəçiliyi ilə həyata keçirilib.

Xatırladaq ki, yanvarın 12-də Venesuela, İran, Sudan və bir sıra digər ölkələrin nümayəndə heyətləri üzvlükhaqqı borcları səbəbindən BMT Baş Assambleyasında səs hüququndan məhrum edilmişdilər.