“Türk Hava Yolları” (THY) aviaşirkəti yanvarın 22-də İstanbulda gözlənilən qar səbəbindən Sabiha Gökçen hava limanından həyata keçiriləcək 46 reysi təxirə salıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bununla bağlı THY-nin mətbuat katibi Yahya Üstün özünün "Twitter" hesabından açıqlama verib.
Y.Üstün sərnişinlərdən reyslərini əvvəlcədən yoxlamalarını tövsiyə edib.