logo

Qazaxıstandakı hadisələr sosial ədalətsizliyin nəticəsidir-Tokayev

21:51 21-01-2022 | icon 2184
Qazaxıstandakı hadisələr sosial ədalətsizliyin nəticəsidir-Tokayev

Qazaxıstanda varlılar və kasıblar arasındakı uçurum qəbuledilməz həddə çatıb.

YeniAvropa xəbər verir ki, bunu ölkə prezidenti Kasım-Jomart Tokayev Nur-Sultanda biznes nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, yanvarın əvvəlində baş verən hadisələr illərdir ölkədə yığılıb qalan problemləri üzə çıxardı.

Tokayev vurğulayıb ki, Qazaxıstan bütün sosial strukturun dərin transformasiyası kimi strateji vəzifə qarşısındadır.

O qeyd edib ki, məhdud elit qruplar ölkənin iqtisadi artımından faydalanmağa başlayıb, əksəriyyətin gəlirləri isə azalıb.