logo

"Növbəti ştam "omikrondan" daha pis ola bilər"

18:58 21-01-2022 | icon 2338
"Növbəti ştam "omikrondan" daha pis ola bilər"

BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, yeni koronavirus ştamları “omikron”dan daha yoluxucu ola bilər.

YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə  baş katib BMT Baş Assambleyasında çıxışında bildirib.

“Növbəti ştam daha pis ola bilər. İnfeksiyanın yayılmasının dayandırılması hər yerdə gündəmin əsas mövzusu olmalıdır”.

A. Quterreş hələ də ləngiyən qlobal peyvənd kampaniyasının davam etdirilməsinin vacibliyini vurğulayıb. O əlavə edib ki, vaksinlərin ölkələr üzrə paylanması qeyri-bərabərdir.