logo

Neftin qiyməti bahalaşıb

10:31 26-12-2017 | icon 2408
Neftin qiyməti bahalaşıb

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

YeniAvropa xəbər verir ki, Milad bayramı ilə əlaqədar “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti dəyişməyərək 66,37 dollara bərabər olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,01 dollar bahalaşaraq 65,26 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,06 dollar artaraq 58,53 dollar təşkil edib.