logo

İranda ilin əvvəlindən 980 ton  narkotik vasitə müsadirə olunub

14:28 18-01-2022 | icon 1918
İranda ilin əvvəlindən 980 ton  narkotik vasitə müsadirə olunub

İran polisinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə idarəsinin keçirdiyi əməliyyat nəticəsində 4,2 ton narkotik vasitə müsadirə olunub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, polis generalı Pasdar Kərimi bu barədə açıqlamasında həyata keçirilən əməliyyat zamanı 7 nəfərin saxlanıldığını bildirib. O, hadisə ilə bağlı istintaq aparıldığını və narkotiklərin İrana daxil olması yollarının müəyyənləşdirildiyini vurğulayıb.

General, həmçinin diqqətə çatdırıb ki, ilin əvvəlindən indiyədək polisin keçirdiyi əməliyyatlar nəticəsində 980 ton narkotik vasitə müsadirə olunub.

Narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan 180 nəfər həbs edilib.