Malta parlamentinin sabiq sədr müavini Roberta Metsola Avropa Parlamentinin yeni sədri seçilib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, Avropa Parlamentinin yeni sədri postu uğrunda Roberta Metsola ispaniyalı Sira Reqo, polşalı Kosma Zlotovski və isveçli Alice Bah Kuhnke mübarizə aparıblar.
Roberta Metsola 2013-cü ildən Avropa Parlamentinin üzvü, 2020-ci ildən isə Parlamentin vitse-prezidenti vəzifəsində çalışıb.
Qeyd edək ki, Roberta Metsola fransalı Simone Veil (1979-1982) və Nikol Fonteyndən (1999-2002) sonra 705 üzvdən ibarət assambleyaya sədrlik edən üçüncü qadın olacaq.