logo

Rusiya hərbçilərinin növbəti qrupu Qazaxıstandan çıxarılıb

12:22 18-01-2022 | icon 1624
Rusiya hərbçilərinin növbəti qrupu Qazaxıstandan çıxarılıb

Ötən sutka ərzində Rusiya Hərbi Kosmik Qüvvələrinin 40 təyyarəsi rus hərbçilərinin növbəti qrupunu Qazaxıstandan Moskva və Ulyanovsk vilayətlərinin aerodromlarına gətirib.

 YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hərbi aerodromlarda təşkil olunan qarşılama mərasimindən sonra hərbçilər və texnika daimi dislokasiya məntəqələrinə yola düşüb.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin tərkibinə daxil olan Rusiya hərbçilərinin Qazaxıstandan çıxarılması və daimi dislokasiya məntəqələrinə qaytarılması prosesinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.