“Gürcüstan Hava Yolları” (GHY) şirkəti satışa çıxarılıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə şirkətin keçmiş baş direktoru, “Georgia Business Brokerage” broker şirkətinin rəhbəri Roman Bokeriya məlumat verib.
Onun sözlərinə görə, Gürcüstanın ən iri aviaşirkəti olan GHY-nin satış qiyməti 150 milyon ABŞ dolları müəyyən olunub.
Gürcüstan qanunvericiliyinə əsasən, xarici fiziki və yaxud hüquqi şəxs şirkətin səhmlərinin yalnız 49 faizini özəlləşdirə bilər. Gürcüstan hökuməti investorların şirkətə etibarının artırılması məqsədilə səhmlərin kiçik hissəsini ala bilər.
Qeyd edək ki, 1993-cü ildə yaradılmış “Gürcüstan Hava Yolları” şirkəti bu yaxınlarda müflis elan olunub.
Aviaşirkətin 16 min fərdi şəxsə və 70-dən çox şirkətə 176 milyon lari (57,1 milyon ABŞ dolları) məbləğində borcu yığılıb.
Tbilisi şəhər Məhkəməsinin qərarı ilə “Gürcüstan Hava Yolları” reabilitasiya mərhələsinə keçib.