Növbəti görüş İrəvanda və ya Ankarada ola bilər- Armen Qriqoryan
"Ermənistan-Türkiyə münasibətlərin normallaşmasına dair ötən həftə Moskvada baş tutan ilk danışıqlar üçün məkan kimi məhz Rusiya paytaxtının seçilməsi hər iki tərəflə razılaşdırılmışdı".
YeniAvropa xəbər verir ki, bu fikri Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində səsləndirib.
“Yəni, görüşün Moskvada keçirilməsi hər üç tərəfin razılığı ilə olub. Biz başqa yerləri də müzakirə etmək imkanlarını axtarmağa açığıq. Növbəti görüş İrəvanda və ya Ankarada ola bilər, biz müzakirə etməli və anlamalıyıq. Və hesab edirəm ki, əgər ikitərəfli münasibətlərin normallaşmasında müsbət dinamika yaransa, təmaslar artsa biz münasibətləri normallaşdırmağın da yolunu tapa bilərik”,-Armen Qriqoryan bildirib.
Xatırladaq ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıc və Ruben Rubinyanın başçılıq etdiyi nümayəndə heyətləri arasında ilk görüş yanvarın 14-də keçirilib. Moskva danışıqları diplomatik qaynaqların bildirdiyinə görə, saat yarım çəkib. Türkiyə XİN-in bu görüşə dair yaydığı yazılı açıqlamada deyilirdi ki, tərəflər “konstruktiv atmosferdə” keçirdikləri dialoqda ilkin mövqelərini çatdırıblar. Müzakirələrin ilkin şərt irəli sürülmədən davam etdirilməsinə razılaşıblar və növbəti raundun yeri, vaxtı diplomatik kanallar üzərindən elan ediləcək.
Türkiyə bu prosesi Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirir və münasibətlərin normallaşmasının şərtlərindən birinin Zəngəzur dəhlizinin açılması olduğunu daha əvvəl rəsmi Ankara dəfələrlə bildirib.
Lakin Qriqoryan bildirir ki, onlar “dəhliz məntiqi ilə” heç bir məsələni müzakirə etmirlər və etməyəcəklər. “Dəhliz məsələsi bizim üçün qırmızı xətdir və bu haqda hamı bilir”, - o deyib.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Zəngəzur dəhlizinin istənilən halda açılacağını dəfələrlə bəyan edib. Prezident ötən ilin dekabrında Brüsselə səfəri zamanı xəbərdarlıq etmişdi ki, əgər Ermənistan Zəngəzur dəhlizi üzərindən Naxçıvana daşınan yüklərə gömrük nəzarəti tətbiq etsə o zaman Azərbaycan da Laçın dəhlizi üzərində gömrük postu yerləşdirəcək.
Antoni Blinken İlham Əliyevi təbrik edib
Konstitusiya Məhkəməsi Milli Məclisə seçkilərin nəticələrini təsdiqləyib
Bu gün Xankəndidə ilk toy olub
Ərdoğan ABŞ-a səfərə gedib
Astarada 37 yaşlı kişini "tok" vurub
46 məntəqədə seçkinin nəticələri ləğv edilib-Məzahir Pənahov
“Neftçi” antirekorda imza atıb
24 yaşlı paytaxt sakini intihara cəhd edib
Daxili İşlər Nazirliyi dələduzlarla bağlı əhaliyə çağırış edib
Zelenski hərbi sahəyə əlavə 12 milyard $ ayrılmasını təsdiqləyib
Sentyabrın 23-də Xankəndi orta məktəbində ilk dərs günü olacaq
Sabah Bakıda 27° isti olacaq
Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyində görüş olub
Dünya çempionatı: Akrobatlarımız komanda hesabında ikinci olublar
İlham Əliyev Malta prezidentini təbrik edib
Azərbaycan təmsilçisi BMT Komitəsinin vitse-sədri seçilib
Bu gün İstanbul derbisi olacaq
Azərbaycan nefti 77,86 dollara satılır
Paytaxtınn bir hissəsində su olmayacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
Lerik rayonunda zəlzələ olub
AFFA rəhbərliyi Fransada işgüzar görüşlər keçirib
“Azercell” “Neftçilər Günü"nə həsr olunmuş video hazırlayıb
Bakıda yeniyetmə və gənclər arasında VII Robot Olimpiadasının açılış mərasimi olub
“Fənərbağça” – “Qalatasaray” derbisinin biletləri 3 saniyəyə satılıb