logo

Nursultan Nazarbayevin qardaşı oğlu da işdən çıxarıldı

11:17 17-01-2022 | icon 1925
Nursultan Nazarbayevin qardaşı oğlu da işdən çıxarıldı

Qazaxıstanın birinci prezidenti - Elbası Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abiş Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev sərəncam imzalayıb.

Qeyd edək ki, general-leytenant S.Abiş bu vəzifəyə 2015-ci ilin dekabrında təyin olunub.

İddialara görə, məhz Samat Abiş ölkənin  Milli Təhlükəsizlik Komitəsinə qeyri-rəsmi olaraq rəhbərlik edirmiş.

Xatırladaq ki, o, Nursultan .Nazarbayevin kiçik qardaşı Satıbaldının oğludur.