logo

Kraliçası II Elizabetin oğlu bütün hərbi titullarından və kral ailəsinin himayədarlığından məhrum edilib

09:19 15-01-2022 | icon 2240
Kraliçası II Elizabetin oğlu bütün hərbi titullarından və kral ailəsinin himayədarlığından məhrum edilib

Böyük Britaniya Kraliçası II Elizabetin ikinci oğlu şahzadə Endryu bütün hərbi titullarından və kral ailəsinin himayədarlığından məhrum edilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Bukingem Sarayı şahzadə Endryuya aid bütün hərbi titulların və kral ailəsinin himayədarlığının kraliçaya qaytarıldığını açıqlayıb.

York hersoqu titulunu daşıyan şahzadə Endryu rəsmi olaraq "Əlahəzrət" titulundan istifadəni dayandıracaq.

Xatırladaq ki, bu qərar, şahzadənin vəkillərinin Amerika məhkəməsini York hersoqu amerikalı Virciniya Giuffre tərəfindən ittiham olunduğu cinsi zorakılıq mülki işinə xitam verməyə inandıra bilməməsindən sonra verilib.

Qalmaqal 2019-cu ilin əvvəlində altı qadının məşhur amerikalı milyarder Ceffri Epşteynə qarşı ifadə verdikdən sonra baş verib. Belə ki, C.Epşteyn insanları cinsi köləliyə satmaqda, azyaşlılarla cinsi əlaqədə olmaqda və potensial şahidlərə rüşvət verməkdə ittiham olunar həbs edilib. 45 ilə qədər həbs cəzası alan milyarder az sonra kamerada ölü tapılıb. Qurbanları onun ölümündən sonra cəzalandırılmasını israr edib. Və ABŞ məhkəməsi Epsteini azyaşlılara təcavüzdə günahkar bilib.

Epşteynin ölümündən qısa müddət sonra onun əleyhinə ifadə verən qadınlardan biri Virciniya Giuffre bildirib ki, 2000-ci illərin əvvəllərində Şahzadə Endryu amerikalı milyarderin təşkil etdiyi qeyri-rəsmi məclislərin tez-tez iştirakçısı olub və şəxsən onunla üç dəfə cinsi əlaqədə olub. Həmin vaxt onun 17 yaşı olub. Giuffre bildirib ki, daha sonra o, şahzadə Endryu tərəfindən cinsi istismara məruz qalıb.

Britaniya mətbuatının yazdığına görə, York hersoqunun məhkəmədə uduza biləcəyinin nəzərə alaraq , monarxiyanın və kraliçanın reputasiyasının qorumaq məqsədi ilə Bukingem Sarayı şahzadə Endryunun bütün hərbi titullarından və kral ailəsinin himayədarlığından məhrum edilməsinə qərar verib.