logo

Almatı Beynəlxalq Hava Limanı sabahdan fəaliyyətini bərpa edir

20:10 12-01-2022 | icon 2352
Almatı Beynəlxalq Hava Limanı sabahdan fəaliyyətini bərpa edir

Qazaxıstanın Almatı Beynəlxalq Hava Limanı yanvarın 13-dən fəaliyyətini bərpa edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə şəhər hava limanının mətbuat xidmətindən bildirilib.

Almatı şəhərində baş verən iğtişaşlara görə komendant saatının tətbiqi ilə əlaqədar hava limanı səhər saat 08:00-dan axşam saat 21:00-a kimi fəaliyyət göstərəcək. Həm daxili, həm də beynəlxalq reyslər həyata keçiriləcək. Təhlükəsizliyi təmin etmək üçün terminala yalnız sərnişinlərin daxil olmasına icazə verilir.

Xatırladaq ki, Almatı hava limanı ölkədə baş verən iğtişaşlar zamanı ələ keçirilib, daha sonra antiterror xüsusi əməliyyatı zamanı azad edilib. Qazaxıstanda yanvarın 6-dan fövqəladə vəziyyət rejimi tətbiq olunub.