logo

Yaxın həftələrdə Avropa əhalisinin yarısı “omikron” ştamına yoluxacaq

23:13 11-01-2022 | icon 2499
Yaxın həftələrdə Avropa əhalisinin yarısı “omikron” ştamına yoluxacaq

Yaxın 6-8 həftə ərzində Avropa əhalisinin 50 faizi koronavirusun “omikron” ştamına yoluxacaq.

YeniAvropa xəbər verir ki,  bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa regional bürosunun rəhbəri Hans Klüge deyib.

Bildirib ki, regionun 53 ölkəsindən 50-də "omikron" ştamı qeydə alınıb: “Bu ilin birinci həftəsində regionda 7 milyon yeni yoluxma qeydə alınıb. Bu, əvvəlki həftə ilə müqayisədə iki dəfə çoxdur. Qərbi Avropada və Balkanlarda bu ştam dominant olmağa başlayıb. Bu tempdə davam edəcəyi təqdirdə 6-8 həftə ərzində Avropa əhalisinin 50 faizi “omikron” ştamına yoluxacaq”.