Ötən ilin yekunlarına görə Özbəkistan qızıl satışına görə dünya lideridir.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Dünya Qızıl Şurası (World Gold Council, WGC) məlumat yayıb.
Bildirilib ki, Özbəkistan ötən il ərzində 21,5 ton qızıl satıb. Türkiyə 2021-ci ildə 7 ton qızıl sataraq ikinci yerdə qərarlaşıb. Bu siyahıda Rusiya (3,1 ton) üçüncü, Qırğızıstan isə (1,4 ton) dördüncü yerdədir.
Qeyd olunur ki, ötən il Qazaxıstan 4,3 ton, Polşa 3,4 ton, Hindistan isə 2,8 ton qızıl alıb.
Vurğulanır ki, 2017-2020-ci illərdə Özbəkistanın qızıl valyuta ehtiyatı 26,4 tondan 34,9 tona yüksəlib.